Bakı. Trend:
İndoneziyanın Sumatra adasında baş verən ani sel və torpaqsürüşmələri nəticəsində 16 nəfər həlak olub, 6 nəfər isə itkindüşüb.
Trend xəbərverir ki, bu barədə İndoneziya Milli Fəlakət Mərkəzi (BPBD) məlumatyayıb.
Bildirilib ki, güclü yağışların səbəb olduğu torpaq sürüşmələribir çox ərazidə evləri dağıdıb və təsərrüfatlara ciddi ziyanvurub.
Məlumatda, fəlakətlər nəticəsində 16 nəfərin həyatını itirdiyi,ikisi uşaq olmaqla 6 nəfərin itkin düşdüyü, onlarla insanların isəxəsarət aldığı qeyd edilib.
Vurğulanıb ki, hazırda axtarış-xilasetmə işlərinin davamedir.