Yeni yaradılan “Ağdam” və “Araz Vadisi İqtisadi Zonası" Sənaye Parklarına ümumən 46 müəssisə daxil edilib
FED.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı iqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib.
Nazir qeyd edib ki, layihələrin icrası çərçivəsində 232 milyon dollar investisiyanın yatırılması və 4300-dən çox yeni iş yerinin yaradılması nəzərdə tutulub. (Apa)