AZ

300 milyardlıq tarixi razılaşma — Azərbaycan COP-un tarixinə düşdü

İqlim maliyyələşməsi məsələsi COP prosesində əsas mübahisəli məsələdir. 2009-cu ildə Kopenhagendə keçirilən COP15-də razılaşdırılan bu məsələ indiyə qədər hələ də müzakirə edilir. Xüsusilə inkişaf etmiş Qərb ölkələri bu məsələnin önündə əngəl yaradırlar, çünki razılaşmaya görə, inkişaf etmiş ölkələr iqlim problemlərinin həlli üçün inkişaf etməkdə olan ölkələrə yardım etməlidir.

İqlim maliyyəsində əsas razılaşma 2010-cu ildə Paris danışıqlarında əldə edilib. Həmin razılaşmaya görə, hər il 100 milyard dollar maliyyə ayrılmalıdır. Bu razılaşmadan 9 il keçməsinə baxmayaraq, COP prosesində 100 milyard dollar baryerini aşmaq mümkün olmamışdı, yalnız COP29-da buna nail olundu. Bununla Azərbaycan COP29-a ev sahibliyi edən ölkə kimi tarixi nailiyyətə imza atdı. COP29-da əldə edilən razılaşma ilə maliyyə hədəfi 300 milyard dollara qədər yüksəldildi.

Əslində COP29 üzərindən Azərbaycana qarşı edilən hücumların əsas məqsədi də məhz Qərbin öz öhdəliklərindən və məsuliyyətdən yayınmaq cəhdi idi. Hələ COP29 ərəfəsində dünya ABŞ və Avropa İttifaqının, Qərbin məsuliyyətdən yayınmaq üçün məsələni siyasiləşdirmək, yeni maliyyə hədəfinin müəyyən edilməməsi üçün süni maneələr yaratmaq cəhdlərinin şahidi oldu.

Bayden Administrasiyası və Avropa İttifaqının rəhbərliyi bu planda birlikdə hərəkət edirdilər. Vaşinqton və Brüssel iqlim maliyyəsi müzakirəsini hədəfdən yayındırmaq üçün əlindən gələni etdi. Bayden bununla həm də yeni prezident seçilmiş Donald Trampa mümkün qədər çox problem saxlamaq gedişini etdi. COP29 çərçivəsində maliyyə hədəfinin müəyyən edilməsi prosesinin gərgin keçməsinin əsas səbəkarı isə Avropa İttifaqı və Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayen idi. O, Bayden Administrasiyası ilə razılaşdırılmış şəkildə Avropa İttifaqının iqlim dəyişikliyinə qarşı mübarizə məqsədlərinə mümkün qədər az vəsait ayrılmasının qərarlaşdırıldığını bilirdi və məhz buna görə Bakıya gəlmədi. 

Təsadüfi deyil ki, COP29-da Aİ-ni təmsil edən Almaniyanın xarici işlər naziri Annalena Berbok iqilm məsələləri ilə məşğul olmaq əvəzinə, iqlim mövzusuna aid olmayan mətbuat konfransı keçiridi və Azərbaycanda insan haqlarından danışdı, eyni zamanda, Azərbaycan müxalifəti və Qərbin buradakı şəbəkə fəalları ilə görüşlər keçirdi. Sonuncu gün COP29-un müzakirələri zamanı isə yalnız gərginlik yaratmaqla məşğul oldu. Lakin hədəflərinə nail ola bilmədilər.

Beynəlxalq ictimaiyyətin təzyiqləri qarşısında aparıcı Qərb dövlətləri geri çəkilməsi oldu. Bununla yanaşı, inkişaf etməkdə olan ölkələr də kompromisə getdilər. Beləliklə, maliyyə hədəfi 300 milyard dollar olaraq qəbul olundu və COP tarixinin ən mühüm razılaşması məhz Bakıda əldə edildi. Belə bir razılaşma həm də iqlim maliyyəsi məbləğininin qarşıdakı dövrdə daha da artırılmasına zəmin hazırladı.

Azərbaycan qlobal iqlim dəyişikliyinə qarşı mübarizədə adını tarixə yazdırdı. COP29-u yüksək səviyyədə təşkil etdi, eyni zamanda, iqlim razılaşmalarında mühüm rol oynadı. Bütün qarayaxma kampaniyalarına baxmayaraq, Azərbaycan bəşəri problem olan iqlim dəyişikliyinə qarşı mübarizəyə öz töhfəsini verdi. Belə demək mümkünsə, qalib gələn Azərbaycan və dünya oldu.

Vaqif Hüseynli
Demokrat.az
Seçilən
13
demokrat.az

1Mənbələr