Coy-Lens Mikels “Sabah”ın heyətində 40-cı qolunu vurub.
"Football-plus.az" xəbər verir ki, 30 yaşlı almaniyalı legionerin yubileyi Misli premyer-liqasının 14-cü turunun “Turan Tovuz”la görüşünə təsadüf edib. O, komandasının bərabərlik qolunun müəllifi olub.
Coy-Lens Bakı klubunda keçirdiyi 86-cı oyunda 40-cı dəfə fərqlənib. O, Premyer Liqada 35 (74 oyun), ölkə kubokunda 3 (6 oyun), avrokuboklarda 2 (6 oyun) dəfə rəqib qapısına yol tapıb.
Qeyd edək ki, Mikels “Sabah”ın tarixində ən məhsuldar oyunçudu.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta