AZ

Netanyahu Livanda atəşkəsi təsdiqlədi?

İsrail mediası Baş nazir Benyamin Netanyahunun Livanda Hizbullahla atəşkəs razılaşmasını təsdiqlədiyini iddia edib.   Manset.az bu barədə İsrailin dövlət televiziyası KAN-a istinadən xəbər verir. Qeyd olunub ki, Tel-Əviv rəhbərliyi Livanda atəşkəs üçün İsrail və Hizbullah arasında vasitəçilik edən ABŞ Prezidenti Co Baydenin baş müşaviri Amos Hokşteynə yaşıl işıq yandırıb. Netanyahu və bir çox nazirin dünən axşam təhlükəsizlik məsləhətləşmə toplantısı keçirdiyi və görüş zamanı Netanyahunun Livanda atəşkəs razılaşması təklifini bəyəndiyi qeyd edilib. Danışıqlarda İsrail ordusunun Suriya-Livan sərhəd xəttində sərbəst hərəkət etməsinə dair müzakirələr aparıldığı, razılaşmanın pozulacağı təqdirdə İsrailin sərhəddə sərbəst hərəkəti ilə bağlı ABŞ-dən təminat aldığı bildirilib. “Livanla müqavilə imzalanıb və Netanyahu hazırda bunu ictimaiyyətə necə izah edəcəyi üzərində işləyir” , - nəşr qeyd edib.      

 

Seçilən
19
1
manset.az

2Mənbələr