AZ

Avropa Ukraynaya qoşun göndərmək ideyasına yenidən qayıdıb - KİV 

Yazını böyüt
Yazını kiçilt

Avropa ölkələri Ukraynaya qoşun və ya özəl hərbi şirkətlərdən döyüşçülər göndərilməsi ilə bağlı müzakirələri bərpa edib.

Bu barədə adı açıqlanmayan mənbələrə istinadən “Le Monde” qəzeti yazıb.

Qəzetdə bildirilir ki, son həftələr Avropada Qərb qoşunlarının və özəl kompaniyaların döyüşçülərinin Ukraynaya göndərilməsi ilə bağlı müzakirələr yenidən başlayıb. Bu, Donald Trampın ABŞ prezidenti vəzifəsinə başlamasından sonra Birləşmiş Ştatların Ukraynanı dəstəkləməkdən mümkün imtinası ilə bağlıdır.

Qəzetin yazdığına görə, danışıqlar Böyük Britaniyanın Baş naziri Kir Starmerin noyabrın 11-də Fransaya səfərindən sonra başlayıb. Eyni zamanda, Avropa İttifaqının bir sıra ölkələri ilk dəfə 2024-cü ilin fevralında Fransa Prezidenti Emmanuel Makron tərəfindən elan edilən bu planlara qarşı çıxır.

“Böyük Britaniya və Fransa arasında müdafiə sahəsində əməkdaşlıq, xüsusən də Ukraynaya yardım göstərmək və Avropanın təhlükəsizliyini daha geniş şəkildə təmin etmək üçün möhkəm müttəfiqlik nüvəsi yaratmaq məqsədilə danışıqlar aparılır”, - deyə Britaniyanın adı açıqlanmayan rəsmisi bildirib.

“Le Monde” qeyd edir ki, Fransa rəhbərliyi və Müdafiə Nazırliyi Ukraynaya qoşun və ya özəl müdafiə şirkətlərindən döyüşçülər göndərilməsinə hələlik icazə verməsə də, təklif bir neçə aydır müzakirə olunur.

Seçilən
12
3
hafta.az

4Mənbələr