AZ

“Trampın dövründə transgenderlər ordudan qovula bilər” – “Tayms”

ABŞ-nin yeni seçilmiş prezidenti Donald Trampın administrasiyası transseksualları ordu sıralarından uzaqlaşdıra bilər.

Musavat.com xəbər verir ki, bu barədə “Tayms” qəzeti məlumat yayıb.

Qəzetin yazdığına görə, “artıq Trampın Ağ Evə qayıdışının ilk günü, yanvarın 20-də bu barədə fərman imzalana bilər, ona görə 15 min hərbçi sağlamlıq səbəbi ilə xidmətə yararsız olduğu üçün ordunu tərk etməyə məcbur olar”.

Nəşr bildirir ki, bu, silahlı qüvvələrin demək olar ki, bütün qollarında kadr çatışmazlığının yaşandığı bir vaxtda baş verəcək. “Tayms”ın yazdığına görə, işdən çıxarılanlar arasında yüksək rütbəli zabitlər də olacaq.

78 yaşlı Tramp, nəşrin xatırlatdığı kimi, silahlı qüvvələrdəki “siyasi düzgünlük” praktikasına qarşıdır. Onun sözlərinə görə, bəzi yüksək rütbəli zabitlər çox vaxt döyüş planlaşdırılmasından daha çox “bərabərlik və inklüzivlik”lə maraqlanırlar.


Pentaqon rəhbərliyinə namizəd Pete He1set açıq şəkildə deyib ki, növbəti baş komandan ordunun "zəif və qadın" rəhbərliyinə qarşı evi təmizləməli olacaq. O, həmçinin bildirib ki, transseksuallara tibbi xidmət Pentaqonun ödəyə bilməyəcəyi israfçılıqdır. O əlavə edib ki, orduda yalnız az sayda insanı əhatə edən məsələlərə diqqət yetirmək “trans dəlilik” nümunəsidir.

Trampın nümayəndələri “Tayms”a şərh verməkdən imtina ediblər.

Musavat.com

Seçilən
11
musavat.com

1Mənbələr