AZ

Vətən Müharibəsi Qəhrəmanı - şəhid mayor Elçin Mansurovun doğum günüdür

Azərbaycan Silahlı Qüvvələrinin mayoru olan Elçin Mansurov 1984-cü il noyabrın 25-də Bakının Xəzər rayonunun Binə qəsəbəsində anadan olub.

QHT.az xəbər verir ki, 2003-cü ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə qəbul olub. 2007-ci ildə ali hərbi məktəbi nümunəvi kursant olaraq bitirdikdən sonra təkmilləşdirmə kursu keçib. Təkmilləşdirmə kursunu keçdikdən sonra 2007-ci ilin iyul ayında Tovuzda yerləşən "N" saylı hərbi hissədə leytenant rütbəsi ilə hərbi vəzifəsinə başlayıb. 2009-cu ildə Goranboyda yerləşən "N" saylı hərbi hissədə kəşfiyyatçı zabit olaraq xidmət edib. 13 illik hərbi xidmət müddətində Tovuz, Murovdağ və Füzulidə yerləşən "N" saylı hərbi hissədə xidmət edib. Xidməti zamanı kəşfiyyatçı vəzifəsində olub. 2016-cı ilin "Aprel döyüşləri"nin də iştirakçısı olan Elçin Mansurov 2020-ci ilin 27 sentyabrında başlanan Vətən müharibəsi zamanı Füzuli istiqamətində gedən döyüşlərdə iştirak edib və "Burğa dərəsi" adlanan ərazidə döyüş tapşırığını yerinə yetirərkən qəhrəmancasına şəhid olub.

Elçin Mansurov göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən ölümündən sonra "Vətən uğrunda", "İgidliyə görə", "Xocavəndin azad olunmasına görə", "Füzulinin azad olunmasına görə" və "Vətən Müharibəsi Qəhrəmanı" medalları ilə təltif edilib.

Ruhu şad olsun!

Seçilən
8
qht.az

1Mənbələr