AZ

Kosmetoloq Ronaldonu məhkəməyə verdi – PULUMU ÖDƏ!

Kriştiano Ronaldo İngiltərədə kosmetik xidmətlərə görə ödəniş etmədiyi üçün məhkəməyə verilib.

Sportinfo.az “The Sun”-a istinadən xəbər verir ki, həkim Roşan Ravindran portuqaliyalı futbolçunun 2021 və 2022-ci illərdə “Mançester Yunayted”də oynayarkən aldığı prosedurlar üçün pul ödəmədiyini iddia edir.

Söhbət 40 min funt sterlinqlik ödənilməmiş hesabdan gedir.

Botoks, dolgu, dəriyə qulluq və qaş qaldırma üzrə ixtisaslaşan kosmetoloq ödənilməmiş məbləği məhkəmə yolu ilə geri qaytarmaq niyyətindədir.

O, Çeşirdəki klinikasında Ronaldo, eləcə də ailə üzvləri və ətrafı üçün çalışıb.

Həkim Roşun xidmətlərindən siyasətçilər, kral ailəsinin üzvləri, idman ulduzları və Hollivud aktyorları istifadə edirlər.

39 yaşlı Ronaldo hazırda Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunda çıxış edir.

Seçilən
20
sportinfo.az

1Mənbələr