AZ

Zabratda yeni təcili tibbi yardım stansiyası istifadəyə verilib - FOTOLAR

Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinin Sabunçu Təcili Tibbi Yardım Stansiyasının Zabrat filialı istifadəyə verilib. Bu barədə SİA-ya TƏBİB-dən məlumat verilib.

Məlumata görə, Zabrat qəsəbəsi, Nəsibə Zeynalova küçəsi 13 ünvanında istifadəyə verilən üç otaq və bir mətbəxdən ibarət yeni filiala ambulans və həkim briqadaları təhkim olunub.

TƏBİB-in İcraçı direktorunun müavini Araz Nəsirov və Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinin direktoru Mirələm Calalov yeni filialda yaradılan şəraitlə tanış olub.

Qeyd edək ki, son illərdə Sabunçu rayonu ərazisində artan əhali sayını nəzərə alaraq, eləcə də çağırışların vaxtında icrası məqsədilə yaradılan filial 24 saat ərzində çağırışlar üzrə vətəndaşları təcili və təxirəsalınmaz tibbi xidmətlərlə təmin edəcək.

Seçilən
11
12
sia.az

10Mənbələr