AZ

Ərəstun Oruclu: Bu gün İranın əsas hədəfində olan ölkə Azərbaycandır...

“Hüseyniyyun” terror təşkilatının üzvlərinin iştirakı ilə Urmiya şəhərində SEPAH və “Bəsic” qüvvələrinin təşkilatçılığı ilə Azərbaycan əleyhinə konfrans keçirilib...

Siyasi-şərhçi: “Bu təşkilatlar geriyə çəkilməmişdi ki, yenidən üzə çıxdığını deyək. Sadəcə olaraq, bu gün regionda həm daxili mübarizə, həm də Cənubi Qafqaz uğrunda qlobal mübarizə güclənib. İran da əlində olan vasitələrdən bu mübarizədə istifadə etməyə çalışır”.

İran Azərbaycana qarşı da “Məsələ burasındadır ki, İran Azərbaycanı özünün təsir dairəsində görmək istəyir və məntiqlə düşünür ki, belə də olmalıdır. Halbuki, bu məntiqlə mümkün deyil”.

Bu sözləri siyasi-şərhçi Ərəstun Oruclu SEPAH və “Bəsic” qüvvələrinin təşkilatçılığı ilə Azərbaycan əleyhinə keçirilən konfransı Poliqon-a şərh edərkən qeyd edib.

İranda gizlənərək molla rejiminə sığınan və Azərbaycana qarşı təxribat fəaliyyətləri aparan “Hüseyniyyun” terror təşkilatının üzvlərinin iştirakı ilə Urmiya şəhərində SEPAH və “Bəsic” qüvvələrinin təşkilatçılığı ilə Azərbaycan əleyhinə konfrans keçirilib. “Azadlıq Öncülləri" adı altında keçirilən konfrasda “İngiltərə və İsrailin Qafqazdakı nüfuzu” mövzusunda terror təşkilatının radikal mövqeli qondarma lideri Tohid İbrahimbəyli də çıxış edib. Universitet öyrəncilərinin də məcburi cəlb olunduğu konfransın əsas mövzusu İranın Qafqazla bağlı mövqeyinin təbliğatı olub və bu təbliğat açıq-aşkar Azərbaycana qarşı yönəlib.

“Hüseyniyyun” terror təşkilatının yenidən səhnəyə çıxarılması nədən xəbər verir və hesab etmək olarmı ki, yenidən Bakı ilə Tehran arasında münasibətlər tam korlanıb?

Mövzunu Poliqon-un əməkdaşı siyasi-şərhçi Ərəstun Oruclu ilə müzakirə edib.

Ərəstun Oruclu: “İran narahatdır ki, Azərbaycanla Ermənistan arasında və yaxud Azərbaycan-Ermənistan-Türkiyə üçlüyü arasında anlaşma əldə olunar”.

İranın kəşfiyyat orqanlarının Azərbaycanda işlədiyini xatırladan ekspert Poliqon-a açıqlamasında qeyd edib ki, onlar müxtəlif sahələrdə məsələləri qızışdırmağa çalışırlar:

“Bu təşkilatlar geriyə çəkilməmişdi ki, yenidən üzə çıxdığını deyək. Sadəcə olaraq, bu gün regionda həm daxili mübarizə, həm də Cənubi Qafqaz uğrunda qlobal mübarizə güclənib. İran da əlində olan vasitələrdən bu mübarizədə istifadə etməyə çalışır. Bu gün İranın əsas hədəfində olan Azərbaycandır. Tək bu gün deyil, həmişə belə olub. Məsələ burasındadır ki, İran Azərbaycanı özünün təsir dairəsində görmək istəyir və məntiqlə düşünür ki, belə də olmalıdır. Halbuki, bu məntiqlə mümkün deyil.

Ona görə ki, İran heç zaman Azərbaycana yönəlik siyasətində bizim ölkənin dostu, tərəfdaşı kimi çıxış etməyib. İran hər zaman açıq-aşkar Ermənistanı dəstəkləyib. İran daim Azərbaycanı Türkiyə ilə, İsraillə əməkdaşlıqda ittiham edib. Tutaq ki, İsraillə Azərbaycan münasibətlərindən İran özünə təhlükə görür. Bəs, Türkiyə ilə əməkdaşlıq niyə İranı bu qədər narahat edir? İran narahatdır ki, Azərbaycanla Ermənistan arasında və yaxud Azərbaycan-Ermənistan-Türkiyə üçlüyü arasında anlaşma əldə olunar. Naxçıvan-Bakı yolu və yaxud da Türkiyə-Azərbaycan yolu açılar. Bu məsələlərə görə İranda narahatlıq var.

Ərəstun Oruclu: “Sadəcə olaraq İran göstərmək istəyir ki, guya onların əlində Azərbaycana qarşı təsir vasitələri var”.

İran əlində olan resurslarından istifadə edir. Əlbəttə, İranın kəşfiyyat orqanları Azərbaycanda işləyir. Onlar müxtəlif sahələrdə məsələləri qızışdırmağa çalışırlar. Amma İran hesab edir ki, onların hamısı effektiv deyil. Ən effektiv onun bütün ölkələrdə öz proksiləri ilə münasibətdə istifadə etdiyi əlbəttə ki, islamın istismarı məsələsidir. Bu proksilər müxtəlif dini təşkilatlardır. Hansılar ki, İran siyasi alət kimi yaradıb və o məqsədlə istifadə edilir. İran Azərbaycana qarşı da “Hüseyniyyun”ni yaradıb və çalışır o təşkilatdan istifadə etsin. Tohid İbrahimbəylinin kim olması, onun ətrafında toplananların hamısı da aydın məsələdir. Hər kəs bunu çox yaxşı başa düşür. Belələrinin Azərbaycanda şansı yoxdur.

Əlbəttə, müəyyən dar çevrədə, kiçik bir qurupda onların onların hansısa təsir imkanları ola bilər. O da təkcə o təşkilatların fəaliyyəti sayəsində deyil, onlar müəyyən narazılıqlardan istifadə edə bilər. Amma onlar effektiv vasitələr deyil. Sadəcə olaraq İran göstərmək istəyir ki, guya onların əlində Azərbaycana qarşı təsir vasitələri var. Başqa heç nə yoxdur”.

Nərminə UMUDLU
Poliqon.info

Seçilən
54
poliqon.info

1Mənbələr