AZ

Ərdoğan Kılıçdaroğlunu məhkəməyə verib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Cümhuriyyət Xalq Partiyasının sabiq sədri Kamal Kılıçdaroğlunu məhkəməyə verib.

"Unikal" xəbər verir ki, bu barədə Türkiyə liderinin vəkili Hüseyn Aydın məlumat yayıb. 

Onun sözləriə görə, Ərdoğan Kılıçdaroğluna qarşı 500 min lirə (14,5 min dollardan çox) məbləğində mənəvi zərərin ödənilməsi tələbi ilə məhkəməyə müraciət edib.

"15 iyul 2016-cı il qanlı dövlət çevrilişi cəhdindən dərhal sonra Prezidentimiz siyasi müzakirələrimizdə minimum nəzakət mühitini həmişəlik yaratmaq ümidi və arzusu ilə Kılıçdaroğluna qarşı açdığı bütün iddialardan imtina etdi. Səkkiz il keçməsinə baxmayaraq, Kılıçdaroğlu tərəfindən minimum siyasi nəzakət məsələsində heç bir irəliləyiş yoxdur. Əksinə, kobudluq davranış nümunəsinə çevrilib", - vəkil bildirib. 

Seçilən
35
50
unikal.az

10Mənbələr