AZ

“Tuqay meşələrinin karbontutma potensialının qiymətləndirilməsi, meşə ekosisteminin bərpası” layihəsi çərçivəsində təlim təşkil olunub

Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin birgə təşkilatçılığı ilə QHT-lər üçün həyata keçirilən “COP29-la bağlı beynəlxalq təşəbbüslər” müsabiqəsinə “Regional İnkişaf” İctimai Birliyi (RİİB) tərəfindən təqdim olunmuş “Tuqay meşələrinin karbontutma potensialının qiymətləndirilməsi, meşə ekosisteminin bərpası” layihəsi çərçivəsində 23-24 noyabr tarixlərində təlim keçirilib.

Bakı Dövlət Universitində təşkil edilən təlimdə müvafiq sahədə çalışan müəllimlər və təhsil alan tələbələrlə yanaşı mövzu üzrə yeni biliklərə yiyələnmək istəyən gənclər də iştirak edib. 

Təlimdə Türkiyədən dəvət edilmiş mütəxəssis, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı təşkilatının nümayəndəsi Cuma Uykun və Bakı Dövlət Universitetinin Biologiya fakültəsinin dekan müavini Yusif Abiyev tərəfindən karbon potensialının hesablanması üsulları, Coğrafi İnformasiya Sistemləri (CİS) və aerokosmik zondlama ilə tanışlıq, peyk görüntülərinin tətbiqi, statistik analiz metodları, bitki indeksləri analizi, ağac həcmləri və biokütlənin hesablanması, məlumatların toplanması və onların informasiya texnologiyalarına inteqrasiyası və digər vacib mövzularda iştirakçılara ətraflı məlumat verilib. Təlimin sonunda iştirakçılara sertifikatlar təqdim edilib.

Təlim çərçivəsində, həmçinin meşələrdə karbon hesablaması ilə bağlı alınmış avadanlıqlar vasitəsilə Hacıqabul və Sabirabad rayonlarında Tuqay meşələrində aparılmış sahə tədqiqatlarının nəticələrinin təqdimatı keçirilib.

Seçilən
18
3
bakivaxti.az

4Mənbələr