AZ

Politoloq: Azərbaycanın mövcud hakimiyyəti Qərb üçün qəbuledilən deyil...

“Politico”nun Avropa nəşrində “Azərbaycanın Avropaya qaz qambiti – Rusiya üçün yaxşı xəbərdir” başlıqlı məqalə dərc olunub...

Samir Hümbətov: “Qərb dövlətləri tərəfindən dəfələrlə Azərbaycana qarşı belə təxribatlar olub. Bu gün də bu hal davam edir, bundan sonra da davam edəcək”.

Azərbaycan hökuməti onların dedikləri ilə oturub-durmur, sözləri ilə hərəkət etmir, bu da onları qıcıqlandırır”.

Bu sözləri politoloq Samir Hümbətov “Politico”nun Avropa nəşrində “Azərbaycanın Avropaya qaz qambiti – Rusiya üçün yaxşı xəbərdir” başlıqlı məqalə dərc edilməsini Poliqon-a şərh edərkən qeyd edib.

“Politico”nun Avropa nəşrində “Azərbaycanın Avropaya qaz qambiti – Rusiya üçün yaxşı xəbərdir” başlıqlı məqaləsi siyasi dairələrdə müzakirələrə səbəb olub. Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev yayımlanan dezinformasiyaya tutarlı cavab verərək nəşrdən tələb edib ki, böhtana görə Azərbaycandan üzr istəsin və məqaləni geri çəksin. Məlumdur ki, bu Qərbin media vasitəsi ilə Bakıya qarşı ilk təxribat cəhdi deyil.

Bəs, Qərbin informasiya təxribatında əsas hədəf nədir?

Qərb-Azərbaycan münasibətlərini Poliqon-un əməkdaşı Diplomatiya Araşdırmaları Mərkəzinin sədri, politoloq Samir Hümbətov ilə müzakirə edib.

Samir Hümbətov: “Hesab edirəm ki, Qərb dövlətlərinin Azərbaycana qarşı tutduqları qeyri-obyektiv mövqe davam edəcək”.

Azərbaycanın müstəqil, balanslaşdırılmış xarici siyasət həyata keçirdiyini bildirən politoloq Poliqon-a açıqlamasında vurğulayıb ki, bu da Avropa üçün qəbuledilən deyil:

“Qərb dövlətləri tərəfindən dəfələrlə Azərbaycana qarşı belə təxribatlar olub. Bu gün də bu hal davam edir, bundan sonra da davam edəcək. Çünki adətən Qərb dövlətləri çalışırlar ki, özlərinin məqsədlərinə uyğun olan hakimiyyətlərlə yaxınlaşsınlar. İndiki Azərbaycanın mövcud hakimiyyəti Qərb üçün qəbuledilən deyil. Çünki Azərbaycan hökuməti onların dedikləri ilə oturub-durmur, sözləri ilə hərəkət etmir, bu da onları qıcıqlandırır.

Azərbaycan müstəqil, balanslaşdırılmış xarici siyasət yürüdür. Bu da əlbəttə, onlar üçün qəbuledilən deyil. Amma Azərbaycan hökuməti onların dedikləri ilə oturub-durarlarsa, istədikləri güzəştə gedənlərsə, fikirləri ilə hesablaşarlarsa, bu zaman Azərbaycan hökumətinə qarşı mülayim, istəkli davrana bilərlər. Amma məsələ burasındadır ki, onların istəyinə uyğun hərəkət etmək Azərbaycan dövlətinin marağına xidmət etmir.

Samir Hümbətov: “Biz nəzərə almalıyıq ki, həmin dövlətlər ikiüzlü, riyakar siyasətə daha çox maraq göstərirlər”.

Düşünürəm ki, indiki halda bu cür təxribat dolu məqalələri, müsahibələri görəcəyik. Bəlkə də, bu təxribat artan xəttlə davam edəcək. Çünki Azərbaycan dövləti müstəqil, balanslı, öz maraqlarına xidmət edən xarici siyasət həyata keçirir. Xüsusilə də, Azərbaycan dövlətinin iqtisadi inkişafı həmin Qərb dövlətləri üçün maraqlı görünmür. Onlar adətən Azərbaycan və digər dövlətləri özlərinin əlaltı dövlətləri kimi görmək niyyətindədirlər və ona görə də bu cür də davranırlar.

Hesab edirəm ki, Qərb dövlətlərinin Azərbaycana qarşı tutduqları qeyri-obyektiv mövqe davam edəcək. Nə zaman ki, onların mövqeyi Azərbaycanda uzlaşmır, yəni onların maraqları həyata keçmir, bu zaman onlar bu cür şər-böhtan xarakterli məqalələr hazırlanacaqlar. Biz nəzərə almalıyıq ki, həmin dövlətlər ikiüzlü, riyakar siyasətə daha çox maraq göstərirlər”.

Nərminə UMUDLU
Poliqon.info

Seçilən
22
poliqon.info

1Mənbələr