İqtisadiyyat nazirinin müavini Sahib Ələkbərov Ağdaş şəhərində vətəndaşları qəbul edib.
Bu barədə “Far.Az” İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir.
Bildirilib ki, qəbula gələn vətəndaşlar əmlak, vergi, sahibkarlığın inkişafı və s. məsələlərlə bağlı müraciət ediblər.
İqtisadiyyat Nazirliyinin aidiyyəti struktur bölmələrinin rəhbərlərinin iştirakı ilə keçirilmiş qəbulda vətəndaşların müraciətləri dinlənilib, sorğu xarakterli müraciətlərlə bağlı vətəndaşlara əsaslandırılmış cavab və izahat verilib. Araşdırma tələb edən müraciətlər qanunvericiliyə uyğun tədbirlərin görülməsi üçün aidiyyəti strukturlara yönləndirilib.
Ağdaş şəhərində keçirilən qəbula gələn sahibkarların təklifləri müzakirə olunub, dövlət dəstəyi mexanizmləri barədə məlumat verilib.