AZ

Britaniya işçi qüvvəsi çatışmazlığını məhbuslarla aradan qaldıracaq – “The Times”


Böyük Britaniya hökuməti “Making Britain Work” proqramının bir hissəsi olaraq on minlərlə məhbus və keçmiş məhbusun köməyi ilə işçi qüvvəsi çatışmazlığını aradan qaldırmağa hazırlaşır.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “The Times” qəzeti mənbələrə istinadla məlumat yayıb.
“Məsələn, hər hansı bir regionda tikinti işçiləri çatışmazlığı varsa, məhbuslar üçün yerli həbsxanalarda təlim kursları yaradıla bilər ki, onlar azad edildikdən sonra problemin həllinə kömək etsinlər”, - deyə hökumətdəki mənbə bildirib.
Bundan başqa, cəzaçəkmə müəssisələrində iş üçün müraciət etdikləri halda, məhkumlara ixtisaslaşdırılmış dəstək göstərmək və müəssisə rəhbərləri ilə daha sıx əlaqələr yaratmaq məqsədilə məşğulluq mərkəzləri fəaliyyət göstərəcək.
Bundan başqa, London məşğulluq üzrə məsləhət şuraları vasitəsilə daha çox işəgötürəni keçmiş məhbusları işə götürməyə təşviq etmək niyyətindədir.
Çərşənbə axşamı dərc edilməsi gözlənilən rəsmi sənəddə əsas diqqət sağlamlıq problemləri olan məhbuslara və gənc cinayətkarlara yönəldiləcək.
Seçilən
22
yeniavaz.com

1Mənbələr