AZ

Rusiya Zaporojyeyə hücuma hazırlaşır - “The Economist”

Rusiya ordusu cəbhə xəttindən 30 kilometr aralıda yerləşən Zaporojye şəhərinə hücuma hazırlaşır. Bu barədə “The Economist” Ukrayna kəşfiyyatına istinadən yazır.

Əməliyyatın başlanmasının dəqiq vaxtı məlum deyil. Kəşfiyyat rəsmisi bildirib ki, 130 minə qədər Rusiya əsgəri hücumda iştirak edə bilər.

Son iki ayda RF qoşunları Zaporojyeni raketlər və idarə olunan bombalarla bombardmanlarını artıraraq şəhərdə 1500 evi dağıdıblar.

“The Economist” yazır ki, Zaporojye Ukrayna üçün strateji əhəmiyyət kəsb edir – bu, Ukraynanın bir dövlət kimi mövcud olması üçün ölkədə mühüm əhəmiyyət kəsb edən ağır sənayenin qaldığı üç mərkəzdən biridir.

Nəşr xatırladır ki, şəhər Kreml üçün də vacibdir. Vladimir Putin 2022-ci ilin payızında bütün Zaporojye vilayətinin ilhaqını elan edib, baxmayaraq ki, o vaxt Rusiya ordusu bölgənin yalnız üçdə birinə nəzarət edirdi.

Ukrayna hərbçilərinin heç də hamısı Rusiyanın Zaporojyeyə hücuma hazır olduğuna inanmır. Belə ki, Ukrayna Silahlı Qüvvələrinin polkovniki Aleksey Xilçenko nəşrə bildirib ki, şəhərə hücumun birinci mərhələsində RF qoşunları iki diviziyadan (20-30 min əsgər) istifadə etməyi planlaşdırırdı, lakin onların yarısı yenidən Ukraynanın Kursk bölgəsinə hücumunu dəf etmək üçün əraziyə yönləndirilmişdi.

Hazırda Rusiyanın hücumuna hazırlaşan Ukrayna Silahlı Qüvvələri Zaporojye ətrafında yeni müdafiə xətləri qurur: bunlara minalanmış sahələr, mühəndis maneələri və beton və dəmir konstruksiyalar daxildir.

Seçilən
0
1
buta.media

2Mənbələr