AZ

Serbiya prezidenti: "Mənim yalnız bir kreslom var"

"Serbiya Rusiyaya qarşı müstəqil siyasət yürüdür və onun strateji məqsədi Avropa İttifaqına tamhüquqlu üzv olmaqdır". 

HİT.az xəbər verir ki, bunu Serbiya prezidenti Aleksandr Vuçiç BBC telekanalının "Hardtalk" proqramında deyib.

"Mənim yalnız bir kreslom var. İki stul yoxdur. Və bu o deməkdir ki, biz öz qərarlarımızı veririk. Bu o deməkdir ki, biz Ukraynanı humanitar və maliyyə yardımı ilə dəstəkləmişik", deyə Serbiya lideri aparıcının Rusiyaya qarşı sanksiyalar tətbiq etməkdən imtina edərək “iki stulda oturmağa” çalışması ilə bağlı sualına cavab verib.

Vuçiç Ukraynada xüsusi hərbi əməliyyatın başlamasından sonra Belqradla Moskva arasında ticarət dövriyyəsinin həcminin yarıbayarı azaldığına da aydınlıq gətirib.

Serbiya prezidenti onu da xatırladıb ki, enerji mənbələrinin şaxələndirilməsi üçün müxtəlif cəhdlər edilir, bunun üçün qaz birləşdiricisi tikilib. Bu qaz kəməri Serbiya ilə Bolqarıstanı birləşdirir. Bununla Vuçiç Serbiyanın Rusiyadan böyük həcmdə qaz gəlməsinə baxmayaraq, nəinki danışıqlara, hətta Azərbaycandan qaz almağa başlamasının səbəbini belə izah edib.

Noyabrın 12-də Vuçiç Bakıda BMT-nin İqlim Dəyişikliyi Konfransının (COP29) 29-cu sessiyasında deyib ki, ABŞ-dan mayeləşdirilmiş təbii qaz istehlak edən Avropa ölkələri Amerika hakimiyyətinin resursun təchizatını azaldtması zamanı Moskvadan təbii qaz istəməyə məcbur olacaqlar. 

Samir

Seçilən
3
5
hit.az

6Mənbələr