AZ

Kapitan fərdi məşqlərə başladı

“Kəpəz”lə oyundan sonra 2 gün istirahət edən “Araz-Naxçıvan” məşqlərini bərpa edib.

Futbolpress.az xəbər verir ki, bu gün Buzovna qəsəbə stadionundakı məşqdə isinmə hərəkətlərindən sonra gücün bərpasına aid çalışmalar yerinə yetirib. “Qırmızı-ağlar”da bir müddət əvvəl cərrahiyyə əməliyyatı olunan kapitan Vadim Abdullayev və zədə səbəbindən kənarda qalan Bayraməli Qurbanov fiziki hazırlıq üzrə məşqçi Teodor Terzievin rəhbərliyi altında fərdi məşqlərə başlayıb.

Qeyd edək ki, “Araz-Naxçıvan” Premyer Liqasının XV turunda “Turan Tovuz”la qarşılaşacaq. “Liv Bona Dea Arena”da saat 16:00-da start götürəcək görüş “CBC Sport”la canlı yayımlanacaq.

Seçilən
20
4
futbolpress.az

5Mənbələr