AZ

Bakıda qadınları təqib edən gənc oğlan həbs edildi: Məhəlləyə "nəzarət" edirmiş

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Bakıda qadınları təqib edərək onlara qarşı xuliqanlıq hərəkətləri etmiş şəxsin kimliyi müəyyənləşib.
Publika.az xəbər verir ki, Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Şöbəsinin həyata keçirdiyi tədbirlərlə qadınları təqib edərək onların narahatlığına səbəb olmuş şəxsin Astara rayonu Hamuşam kənd sakini, 2001-ci il təvəllüdlü Vurğun Seyfullazadə olması müəyyən edilib.
Binə qəsəbəsi Südçülük sovxozu massivində yaşayan iki qadın Vurğunun əməlləri barədə polisə şikayət edib. Onlar qeyd ediblər ki, Vurğun yaxınlaşaraq əxlaqsız sözlər deyir və evlərinin qapısına kimi gələrək xuliqanlıq edir.
Polis tərəfindən saxlanılan gənc isə Südçülük sovxozu ərazisində məhəlləyə nəzarət etdiyini, təhlükəsizliyə cavabdeh olduğunu iddia edib və qadınları da buna görə izlədiyini deyib.
Xəzər Rayon Məhkəməsinin qərarı ilə o, xırda xuliqanlıq əməlində təqsirli bilinib. 23 yaşlı oğlana 10 sutkalıq həbs cəzası verilib.
Seçilən
16
38
oxu.az

10Mənbələr