AZ

Təyyarə qəzası: Ekipaj heç bir problem və ya nasazlıq barədə məlumat verməyib

Bu gün səhər saatlarında DHL çatdırılma xidmətinin “Boeing 737” təyyarəsi Litvanın paytaxtı yaxınlığında qəzaya uğrayaraq ikimərtəbəli yaşayış binasının üzərinə düşüb.
 

Sfera.az xəbər verir ki, hadisə nəticəsində pilotlardan biri həlak olub, digər üç ekipaj üzvü və iki mülki şəxs xəstəxanaya çatdırılıb. Həmçinin təyyarənin düşdüyü evdən 12 nəfər təxliyə edilib.
 

Qəzaya uğrayan “Boeing” yük təyyarəsinin pilotlarının danışıqlarının audioyazıları ekipajın təyyarədə hər hansı anormal və ya fövqəladə vəziyyət barədə məlumat vermədiyini göstərir.
 

Ekipaj təyyarədə hər hansı anormal və ya fövqəladə vəziyyət barədə məlumat verməyib.


Təyyarənin ekipajı ilə dispetçer arasındakı danışıqların qeydinin bir hissəsi heç bir problemin olmadığını göstərir. Aviasiya eksperti Vidas Kaupelis vəziyyətin pilotlar üçün sürətlə və gözlənilmədən inkişaf etdiyini ehtimal edir.


Aviasiya eksperti Vidas Kaupelis pilotların hava hərəkəti dispetçerləri ilə əlaqə saxladığı kokpit qeydini dinləyib. Jurnalistlər qeyd edirlər ki, bu cür qeydlər liveatc.net portalında mövcuddur və məxfi məlumat deyil.


“Pilotlar heç bir təhlükə və ya problem bildirməyiblər... Rabitə bitdikdən on saniyə sonra (dispetçerlə - Red.) təyyarənin qəzaya uğraması onun pilotlar üçün gözlənilməz olduğunu sübut edir”- deyə Kaupelis bildirir.


O, güman edir ki, əgər təyyarədə fövqəladə vəziyyət yaranarsa, protokola əsasən, onlar bu barədə yerüstü nəzarətçiyə məlumat verməlidirlər.
 

"Əgər onlar bir problem - yanğın, texniki nasazlıqlar görsəydilər, bu barədə dispetçerlərə xəbər verərdilər"- deyə aviasiya eksperti qeyd edir.
Qeyd edək ki, sosial şəbəkələrdə qəza görüntülərini əks etdirən video yayılıb. Qeyd edək ki, təyyarə üfüqdə yoxa çıxana qədər tədricən aşağı enib, sonra isə yerə düşüb partlayıb. Təyyarənin qəzaya uğramasının səbəbi isə hələlik məlum deyil.

 

Aysel

 

Seçilən
150
29
sfera.az

10Mənbələr