AZ

COP29 üzərindən Azərbaycanın qaralanması niyə alınmadı?

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"Bizdən nə danışırlar?" verilişinin yeni buraxılışı yayımlanıb.
Verilişdə bildirilib ki, Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası uğurla başa çatıb.
Dünyanın aparıcı qəzet, televiziya və xarici KİV-inin əsas xəbər başlıqlarında COP29-la bağlı məlumatlar yer alıb. Bir çox televiziya və agentliklər Bakıdan canlı bağlantı quraraq bu mötəbər tədbirin gedişatını işıqlandırıb.
Vatikanın "Vatican News" nəşrində diqqətə çatdırılıb ki, Birləşmiş Millətlər Təşkilatının 193 ölkəsindən olan nümayəndələr çətin vəzifə - iqlim böhranı ilə mübarizə aparmağın yollarını müzakirə etmək məqsədilə Bakıya toplaşıblar. Rusiyanın "Moskva-Baku" nəşrində "Azərbaycan və Türkiyə əməkdaşlıq üçün yeni yol xəritəsi hazırlayır" başlıqlı xəbər yayımlanıb.
Bildirilib ki, Azərbaycan və Türkiyə bu ilin sonuna kimi yeni əməkdaşlıq yol xəritəsini qəbul edəcək. Mənbə Türkiyənin sənaye və texnologiya nazirinin müavini Muhammet Kasım Gönüllünün açıqlamasına istinad edib.
Onun sözlərinə görə, sənəd Azərbaycanın İqtisadiyyat Nazirliyi ilə birgə hazırlanır. Türkiyə rəsmisi iki ölkə arasında bir çox sahələrdə, o cümlədən standartlaşdırma sahəsində uğurlu əməkdaşlığın olduğunu bildirib. Türkiyənin "Haber Global" telekanalının saytı oxucularına xəbər verir ki, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov COP29-da jurnalistlərlə söhbəti zamanı Fransanın planetin gələcəyi ilə bağlı ən mühüm tədbirdə iştirak etməmək qərarını yanlış adlandırıb.
Nazir Ermənistanla sülh danışıqlarında son vəziyyət barədə də məlumat verib. Konfransda Türkiyə, İtaliya, İngiltərə, İspaniya kimi bir çox ölkə liderlik səviyyəsində təmsil olunsa da, Fransa iştirak etməyib. Xarici işlər naziri Ceyhun Bayramov qeyd edib ki, rəsmi Parisin istənilən bəhanə ilə iqlim məsələsindən kənarda qalması düzgün deyil.
Ətraflı Baku TV-nin süjetində:
Seçilən
64
50
oxu.az

10Mənbələr