NATO Rusiya və Çinin Arktikada fəallığının artmasını problem hesab edir və onun həlli yollarını öyrənir.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədəNATO baş katibinin müavini Boris Ruge deyib.
Alyans ölkələrinin Kanadada keçirilən plenar parlament assambleyasında çıxış edən Ruge “Arktikanın dinamik region olduğunu” qeyd edərək, İsveç və Finlandiyanın NATO-ya daxil olmasından məmnunluğunu ifadə edib.
...Bizim üçün pis xəbər odur ki, biz orada çox aktiv Rusiya və Çin fəaliyyətini görürük. Biz bu problemi necə həll edəcəyimizi izləyirik və müzakirə edirik, - deyə o bildirib.
Xatırladaq ki, oktyabrın 3-də Kanada və Şimali Avropanın Rusiya və Çinə qarşı Arktika koalisiyası yaradacağı xəbəri yayılmışdı.
Bu koalisiya müdafiə, kəşfiyyat və kibertəhdidlər sahəsində fəaliyyətlərin əlaqələndirilməsi platformasına çevriləcək.
Əli Babayev