Gəncədə piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Modern.az "unikal"a istinadən xəbər verir ki, hadisə şəhərin Bağman adlanan ərazisində qeydə alınıb. Belə ki,hərəkətdə olan "Mersedes "markalı təcili tibbi yardım avtomobili yolu keçmək istəyən orta yaşlı piyadanı vurub. Piyada xəstəxananaya aparılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Hadisə yerinə DYP əməkdaşları cəlb olunub.Faktla bağlı araşdırma aparılır.