AZ

"Bunu anamla, dostlarımla bölüşə bilmirdim" - Çingiz

"Düşüncələrim dəyişəndən sonra yaxınlarımdan istədiyim dəstəyi görə bilmədim. Onların gözlərində bəzən təşviş gördüm ki, sən nə edirsən, hara gedirsən?".

Bizim.Media axşam.az-a istinadən xəbər verir ki, bu sözləri Müğənni Çingiz Mustafayev "Qapqara" yutub layihəsində deyib.

Sənətçi ruhani yolunda qarşılaşdığı çətinliklərdən söhbət açıb:

"Amma yaxınlarım mane olmadılarsa, "dayan" demədilərsə, bunun özündə belə hikmət var. Bu çox acıvericidir. Haçan ki, dostun səni dəstəkləyir, lakin inanmır. O inanmaq məcburiyyətində də deyil. Çünki mən öz yolumu keçirəm. Ona görə də bir az qapandım. Yaşadıqlarımı içimdə tək yaşamağa çalışdım. O dönəmdə bu barədə söhbət edə biləcəyim insanlar çox yox idi. Yalnız özüm araşdırırdım, mütaliyə edirdim. Artıq Moskva və Balidən sonra əhatəm böyüməyə başladı.

Məkkəyə, Hindistana getdim. Müəllimlərlə tanış oldum, suallar verdim və cavab aldım. Bu gün o aclıq məndə yoxdur. Həmin dönəmdə isə o aclıq məndə var idi. Bunu da yaxınlarımla, anamla, dostlarımla bölüşə bilmirdim".

Bizim.Media

Seçilən
50
bizim.media

1Mənbələr