AZ

Maduro ifrat sağçı müxalifəti terror hücumları hazırlamaqda ittiham edib

İfrat sağçı müxalifət Kolumbiya ilə həmsərhəd Zuliya ştatının ərazisindən Venesuelada stabil vəziyyəti vəziyyəti pozmaq planı hazırlayıb.

APA xəbər verir ki, bu barədə bazar ertəsi Bolivar Respublikasının Prezidenti Nikolas Maduro “Venezolana de Televisión” telekanalının “Maduro Plus ilə” həftəlik proqramında bildirib.

Prezident bildirib ki, terrorçuların planlarına neft-qaz sənayesində, ölkənin elektrik enerjisi sistemində qətl və təxribatlar daxil olub.

“Biz Sulia ştatını korrupsioner mafiyalardan, sui-qəsdçilərdən və narkotik alverçilərindən azad etməliyik”, - Maduro qeyd edib.

Seçilən
41
1
apa.az

2Mənbələr