AZ

NATO-dan müharibə xəbərdarlığı: Hazır olun!

NATO Hərbi Komitəsinin sədri admiral Rob Bauer bildirib ki, bizneslər müharibə ssenarisinə hazır olmalıdır.

Publika.az xəbər verir ki, admiral Rob Bauer Avropa Siyasət Mərkəzinin (EPC) Brüsseldə təşkil etdiyi tədbirdəki çıxışında mühüm açıqlamalar verib.

O qeyd edib ki, bütün mövcud vasitələrdən silah kimi istifadə edilə bilər:

“Bunu artan təxribat aktlarında görürük. Avropa bunu enerji təchizatında görüb. "Qazprom" ilə razılaşmamız olduğunu düşünürdük, amma əslində Putinlə razılaşmamız var idi. Avropa və ABŞ-dakı qəbul olunan biznes qərarlarının ölkələrin təhlükəsizliyi üçün strateji nəticələri olduğunu dərk etməlidirlər. Biznes sahibləri müharibə ssenarisinə hazır olmalı, istehsal və paylama xətlərini buna uyğun tənzimləməlidirlər”.

Seçilən
11
publika.az

1Mənbələr