AZ

Yeni Zelandiyada 30-dan çox balina sahilə çıxıb

Yeni Zelandiyanın şimalındakı Ruakaka çimərliyində sahilə çıxan 30-dan çox pilot balina yerli Maori qrupu Patuharakekenin rəhbərliyi altında xilas edilib.

“İki sahil” xəbər verir ki, rəsmilər, balinaların əksəriyyətinin dənizə qayıtdığını, lakin üç böyük və bir balanan tələf olduğunu açıqlayıb.

Məlumata görə, Yeni Zelandiya dünyada balinaların ən çox sahilə çıxdığı ölkələrdən biridir. Hər il orta hesabla 85 hadisə qeydə alınır.

Məhərrəm Ağalaroğlu, “İki sahil”

Seçilən
0
1
ikisahil.az

3Mənbələr