AZ

Oğurladığı məhsulları sosial şəbəkədə paylaşan fenomen həbs olundu

Floridada yaşayan 300 mindən çox izləyicisi olan 22 yaşlı TikTok fenomeni Marlena Velez mağazadan oğurladığı məhsulları sosial şəbəkədə paylaşdıqdan sonra həbs edilib.
 
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, o, özünə xidmət qeydiyyatında saxta ştrix koddan istifadə edərək 500 dollarlıq məhsul oğurlayıb.
 
Onun oğurluq günü çəkdiyi video və geyindiyi paltar təhlükəsizlik kamerasının görüntüləri ilə üst-üstə düşüb və iki uşaq anası olan Velez izləyicilərindən birinin polisə xəbər verməsi ilə yaxalanıb.

Araşdırmalardan sonra 500 dollar dəyərində məişət əşyaları və geyim də daxil olmaqla ümumilikdə 16 əşyanın oğurlandığı bildirib. 

Velezin kriminal keçmişi də üzə çıxıb. O, 2019-cu ildə 17 yaşında olarkən dostunun avtomobilini oğurlayıb qəzaya uğratdığına görə, 2023-cü ilin iyulunda isə Valmartdan oğurluq etdiyinə görə həbs edilib. O, sonuncu dəfə oğurluğa görə altı ay şərti cəza alıb.

Aysel
Seçilən
19
1
azxeber.com

2Mənbələr