AZ

Mirzoyan gülünc duruma düşdü: Hələ təyin olunmayan naziri təbrik etdi

Gürcüstanda keçirilən parlament seçkilərindən sonra Nazirlər Kabineti hələ formalaşmayıb, lakin Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Maka Botçorişvilini Gürcüstanın xarici işlər naziri postuna “təyin edilməsi” münasibətilə təbrik edib.

Publika.az xəbər verir ki, bu barədə “Hraparak” nəşri məlumat yayıb.

"Maka Botçorişvilini Gürcüstanın xarici işlər naziri vəzifəsinə təyin olunması münasibətilə təbrik edirəm. Biz Ermənistan və Gürcüstan arasında strateji tərəfdaşlığı gücləndirmək, ümumi məqsədlərimizi təşviq etmək və regionda sabitliyi təmin etmək üçün sıx əməkdaşlığa ümid edirik", - Mirzoyan sosial şəbəkə hesabında yazıb.

Qeyd edək ki, Gürcüstan parlamentinin Xarici əlaqələr komitəsinin bu gün keçiriləcək iclasında Maka Botçorişvilinin xarici işlər naziri vəzifəsinə namizədliyi ilə bağlı məsələnin müzakirə olunacağı bildirilir.

İrakli Kobaxidzenin təklif etdiyi hökumətin tərkibini təqdim edirik:

Gürcüstanın xarici işlər naziri Maka Botçorişvili;

Ədliyyə naziri Anri Oxanaşvili

Ətraf mühitin mühafizəsi və kənd təsərrüfatı naziri Davit Sonqulaşvili;

İqtisadiyyat və davamlı inkişaf naziri Levan Davitaşvili;

Müdafiə naziri İrakli Çikovani;

Seçilən
31
1
publika.az

2Mənbələr