AZ

Bu gün Ümumdünya Dayanıqlı Nəqliyyat Günüdür

Yazını böyüt
Yazını kiçilt

Bu gün, noyabrın 26-da dünya ictimaiyyəti BMT Baş Assambleyasının təsis etdiyi Ümumdünya Dayanıqlı Nəqliyyat Gününü qeyd edir.

BMT-nin bu münasibətlə keçirilən tədbirləri nəqliyyatın inkişafının iqlim dəyişikliyinə təsirinə həsr olunur. BMT-nin Ətraf Mühit Proqramının (UNEP) son hesabatına görə, qlobal istixana qazı emissiyalarının təqribən 20 faizi nəqliyyat sektorunun payına düşür.

Təşkilatın Baş katibi Antonio Quterreşin mesajında deyilir:

“Nəqliyyat dünyanın qan dövranı sistemini təmsil edir, insanları və malları planetin hər yerinə çatdırır, iş yerləri yaradır və rifahı dəstəkləyir. Lakin bu sektor iqlim xaosunu da artırır. Quruda, dənizdə və havada motorlu nəqliyyatda istifadə olunan enerjinin 91 faizi qazıntı yanacaqlarından əldə edilir. Bu sektorda dekarbonizasiya aparılması ən çətin vəzifələrdən biridir. Amma mən əminəm ki, bəşəriyyət iqlimi məhv edən mədən yanacaqlarından asılılığı aradan qaldırmaq və innovativ bərpaolunan enerji mənbələrinə əsaslanan davamlı, səmərəli və aşağıkarbonlu nəqliyyat sistemləri yaratmaq problemini həll edə biləcəkdir. Elektrik və günəş enerjisi ilə işləyən nəqliyyat vasitələrinə, bərpaolunan aviasiya yanacağı mənbələrinə, yaşıl ictimai nəqliyyat sistemlərinə böyük investisiyalar, aşağıkarbonlu yanacaqlara subsidiyalar kimi tədbirlər planetimizi insanlar üçün daha təmiz hala gətirəcək. Bütün bu tədbirlər yubanmadan həyata keçirilməlidir”.

BMT-nin ekspertləri qeyd edirlər ki, nəqliyyat əlaqəni, ticarəti, iqtisadi inkişafı və məşğulluğu təşviq etmək üçün çox vacibdir. Bununla belə, o, həm də istixana qazı emissiyalarının əhəmiyyətli bir mənbəyi kimi göstərilir. Bu ziddiyyətlərin həlli dayanıqlı nəqliyyata və bununla da davamlı inkişafa nail olmaq baxımından mühümdür.

“Dayanıqlı nəqliyyat insanların və malların mobilliyi üçün xidmətlərin və infrastrukturun təmin edilməsi, bugünkü və gələcək nəsillərə fayda vermək naminə iqtisadi və sosial inkişafın təmin edilməsi baxımından çox əhəmiyyətlidir. Eyni zamanda, nəqliyyat təhlükəsiz, sərfəli, əlçatan, səmərəli və davamlı olmalıdır. Buna görə də dayanıqlı nəqliyyat özlüyündə məqsəd deyil, davamlı inkişafa nail olmaq üçün bir vasitədir”, -deyə təşkilatın açıqlamasında qeyd olunur.

BMT vurğulayır ki, dayanıqlı nəqliyyat, həmçinin universal əlaqə, gücləndirilmiş təhlükəsizlik, ətraf mühitə və iqlimə minimum təsir kimi amilləri ehtiva edir. Təşkilatın məlumatında bildirilir:

“Davamlı nəqliyyat insanların və malların hərəkətliliyi üçün xidmətlər və infrastruktur təmin etməklə yanaşı, yoxsulluğun aradan qaldırılması, bərabərsizliyin azaldılması, qadınların səlahiyyətlərinin artırılması və digər mühüm məqsədlərə doğru irəliləyişi sürətləndirə biləcək amildir”.

Seçilən
3
3
hafta.az

4Mənbələr