AZ

"Monopolistlər hansı sahədə bir qədər gəlir görürsə..." - Əli Məsimli



"Monopoliya və ondan qaynaqlanan haqsız rəqabət yerli istehsalımızın inkişafına çox ciddi mane olur".

aia.az xəbər verir ki, bunu Milli Məclisdə 2025-ci ilin dövlət büdcəsinin müzakirəsi zamanı deputat Əli Məsimli deyib.

"Azərbaycan Prezidentinin dəfələrlə dediyi kimi, haqsız rəqabət bizim üçün böyük yaradır. Monopolistlər öz imkanlarından istifadə edərək müxtəlif üsullarla rəqiblərini sıradan çıxarırlar. Bir sıra istisnaları çıxmaq şərti ilə monopolistlər hansı sahədə bir qədər gəlir görürsə, o saat ora əl qoymağa çalışırlar və fərqində deyirlər ki, bunun ucbatından xeyli insan evinə bir parça çörək aparmaq imkanından məhrum edilir. Ona görə də ölkəmizdə istehsalı mümkün olan şeylərin çoxu xaricdən gəlir. Korrupsiyaya qarşı müzabirə gücləndirilməlidir", - deyə deputat bildirib.

aia.az



Seçilən
0
5
aia.az

6Mənbələr