“Politico” nəşrinin verdiyi məlumata görə, ABŞ-ın hazırkı vitse-prezidenti Kamala Harris noyabrda keçirilən seçkilərdə məğlub olmasına baxmayaraq, 2028-ci ildə yenidən namizəd ola biləcəyini istisna etmir.
Nəşrin yazdığına görə, xanım Harris siyasətdə qalmaq niyyətindədir və köməkçilərinə onun növbəti prezident seçkilərində iştirakı və ya 2026-cı ildə Kaliforniya qubernatorluğuna namizəd olması variantlarını araşdırmağı tapşırıb.
Materialdan belə çıxır ki, hazırda ailəsi ilə Havayda istirahət edən Kamala Harris qış tətilində sevdikləri ilə planlarını müzakirə etməyi planlaşdırır. Demokratın keçmiş köməkçilərindən biri onun üçün ictimai həyatda fəal iştirak edə biləcəyi struktur yaratmağın vacib olduğunu söyləyib.
Kamala Harris seçki gününə 100 gündən az qalmış prezident seçkilərində hazırkı prezident Co Baydenin yarışdan çıxmasından sonra namizəd oldu. Seçkilərin nəticələrinə görə, o, 226 seçici səsi, Respublikaçı Donald Tramp isə 312 səs topladı. Məğlubiyyətə baxmayaraq, bəzi demokratlar xanım Harrisin amerikalıların əhəmiyyətli hissəsinin rəğbətini qazandığını və partiya daxilində mövqelərini möhkəmləndirdiyini etiraf edirlər.
//Samir Qurbanov, Editor.az