AZ

Yunanıstan arsenalından çıxaracağı silah sistemlərini Ermənistana verəcək

Yunanıstan arsenalından Rusiya istehsalı olan silah sistemlərini çıxarmaq və onları yeni Qərb texnologiyası ilə əvəz etməyi planlaşdırır.

“Poliqon” “Real News” nəşrinə istinadən xəbər verir ki, Yunanıstanın arsenalından çıxarılacaq silah sistemləri başqa ölkəyə tədarük ediləcək.

Bildirilib ki, Ukrayna müharibəsində baş verən hadisələr Kiyevə silah tədarükü ilə bağlı qeyri-müəyyənlik yaradır və hazırda BMT Təhlükəsizlik Şurası bu sistemlərin Ermənistana verilməsini nəzərdən keçirir.

Çünki Ukraynadakı müharibənin 2025-ci ilə qədər azalacağı təxmin edilir ki, bu da Kiyevin sözügedən silah sistemlərinə olan ehtiyacını azalda bilər. Beləliklə, Yunanıstanın Milli Müdafiə Baş Qərargahı (GEETHA) ölkənin müdafiəsini gücləndirəcək və uzunmüddətli perspektivdə milli maraqlara xidmət edəcək strateji qərarlara diqqət yetirir.

Sözügedən sistemlərin arasında S-300, TOR M-1 və OSA-AK kimi zenit-raket kompleksləri (ZRK) var.

Nəşrin məlumatına görə, Rusiya istehsalı silah sistemlərinin başqa ölkəyə tədarükü yalnız İsraildən yeni “Dəmir Günbəz” (“Iron Dome”) hava hücumundan müdafiə sistemlərinin alınmasından sonra baş tutacaq.

Təxminən 2 milyard avro dəyərində olan yeni müdafiə infrastrukturu ilə Yunanınstan Egey bölgəsini qorumağı hədəfləyir və bunun 2026-cı ilin sonuna qədər tamamlanması gözlənilir.

Seçilən
30
poliqon.az

1Mənbələr