AZ

Rusiya Xarici Kəşfiyyat Xidməti: Qərb postsovet məkanında vəziyyəti destabilizə etməyə çalışacaq

ABŞ Ukraynadakı MDB ölkələrindən olan əcnəbi döyüşçülərdən postsovet ölkələrində vəziyyəti destabilizə etmək üçün istifadə etməyi planlaşdırır.

“Far.Az” Rusiya KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Rusiyanın Xarici Kəşfiyyat Xidmətindən bildirib.

Məlumata görə, xüsusi diqqət Belarus, Gürcüstan və Qırğızıstana yönəldilib.

"ABŞ Ukrayna böhranından MDB dövlətlərində sosial-iqtisadi və ictimai-siyasi proseslərə mənfi təsir göstərmək üçün istifadə etməyə çalışır. Məqsəd orada "rəngli inqilablar"ın təşkili üçün şərait yaratmaqdır", - Xarici Kəşfiyyat Xidmətinin video materiallarında qeyd olunub.

Bildirilib ki, yaxın gələcəkdə Qərbin postsovet məkanı ölkələrində vəziyyəti destabilizə etməklə bağlı yeni cəhdlərini gözləmək lazımdır.

Qurumun məlumatına görə, ABŞ-nin diqqət mərkəzində 2025-ci ildə Belarusda keçiriləcək prezident seçkiləri, 2026-cı ildə Qırğızıstanda baş tutacaq prezident və parlament seçkiləri var.

Seçilən
9
2
far.az

3Mənbələr