AZ

Quranı yandırdı, 14 il həbs edildi

Rusiyada Qurani-Kərimi yandıran Nikita Juravel adlı şəxs həbs edilib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, o, dövlətə xəyanətdə təqsirli bilinərək 14 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, Nikita Juravel 2023-cü ilin mayında Rusiyanın Volqoqrad şəhərindəki məscidin qarşısında Qurani-Kərimi yandırdığı üçün saxlanılaraq Çeçenistana göndərilib.

Seçilən
12
qafqazinfo.az

1Mənbələr