AZ

"Made in Turan" brendi ilə məhsullar bazara çıxarılacaq

Türkdilli ölkələrin məhsulları "Made in Turan" brendi ilə bazara çıxarılacaq.

Bunu “Azərbaycan Françayzinq Assosiasiyası” İctimai Birliyinin İdarə Heyətinin sədri Camid Mövsümov Bakıda keçirilən "Turan E-Ticarət və İxracat Forumu"nda bildirib.

"Bu gün bu tədbirdə "Made in Turan" markası ilə ilk məhsullar təqdim edilir. Biz istəyirik ki, bu brendlə bazara keyfiyyətli məhsullar daxil olsun. "Made in Turan" təkcə qida deyil, həm də qeyri-qida məhsullarını, ümumilikdə bir sıra əmtəə və xidmətləri nəzərdə tutur", - deyə o qeyd edib.

Qeyd edək ki, Azərbaycanda ilk dəfə Azərbaycan Françayzinq Assosiasiyasının təşkilatçılığı ilə Azərbaycanın iqtisadi inkişafına və beynəlxalq bazarlarda milli brendlərin tanıdılmasına həsr olunmuş Turan E-Ticarət və İxracat Forumu keçirilir.

Seçilən
4
11
sam.az

10Mənbələr