AZ

İsrail ordusu “Hizbullah”ın 25 obyektinə zərbə endirib

İsrail Hərbi Hava Qüvvələri Livanda "Hizbullah”ın İcra Şurasının 25 obyektinə zərbələr endirib. SİA xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin (IDF) mətbuat xidməti məlumat yayıb. Bildirilir ki, zərbələr Nəbatiyyə, Baalbek, Bekaa vadisi, həmçinin Beyrutun ətrafı və Dahiya ətrafına endirilib. Vurulan obyektlər arasında "Hizbullah” komandirləri və döyüşçülərinin yerləşdiyi komanda mərkəzləri, nəzarət və kəşfiyyat məlumatlarının toplanma məntəqələri olub. Ordunun məlumatına görə, "Hizbullah”ın İcra Şurası təşkilatın hərbi potensialının bərpasında və əməliyyatlarının koordinasiyasında əsas rol oynayır. Bundan əlavə, o, terror fəaliyyətlərini dəstəkləmək üçün Livanın səhiyyə və təhsil sistemlərindən istifadə edir. Bu zərbələrin "Hizbullah”ın hərbi infrastrukturunu zəiflətmək və təşkilatdan gələcək təhdidlərin qarşısını almaq məqsədi daşıdığı vurğulanıb.

Seçilən
4
9
sesqazeti.az

10Mənbələr