Gürcüstanda prezident seçkilərinin dekabrın 14-də keçirilməsi təklif edilib.
"Operativ Məlumat Mərkəzi-OMM" TASS-a istinadən xəbər verir ki, Gürcüstan parlamentinin spikeri Şalva Papuaşvili, həmçinin yeni dövlət başçısının andiçmə mərasiminin dekabrın 29-da keçirilməsi təklifini irəli sürüb.
"Mən Gürcüstanda növbəti prezident seçkilərinin 2024-cü il dekabrın 14-də keçirilməsini təklif edirəm. Buna uyğun olaraq, bizim qanunvericiliyimizə əsasən, andiçmə mərasimi 2024-cü il dekabrın 29-da baş tutacaq", - Papuaşvili parlament bürosunun iclasında deyib.
Qeyd edək ki, Gürcüstan prezidenti ilk dəfə olaraq ümumi və ümumxalq səsverməsi ilə seçilməyəcək. Dövlət başçısı 300 seçicidən ibarət komissiya tərəfindən seçiləcək.