AZ

Kənd təsərrüfatı məhsullarının vergi güzəştləri 2027-ci ilə qədər uzadılıb

Kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan vergi ödəyicilərinə verilən güzəştin müddəti uzadılıb.

Fins.az xəbər verir ki, bu barədə Vergi siyasəti baş idarəsinin rəisi Nicat İmanov “Biznes assosiyaları və sahibkarlarla əməkdaşlıq və onun nəticələri” mövzusunda keçirilən tədbirdə məlumat verib.

O bildirib ki, bu fəaliyyətlə məşğul olan vergi ödəyiciləri üçün tətbiq olunan **satışdankənar gəlirlər və subsidiyalar vergidən azad edilməkdə davam edəcək və bu güzəştin müddəti 2027-ci ilə qədər uzadılıb.

Həmçinin, 2023-cü ildən etibarən kənd təsərrüfatı müəssisələrindən əldə edilən dividend gəlirləri 4 il müddətinə vergidən azad edilib. Əlavə olaraq, aqrar emal fəaliyyəti ilə bağlı güzəştlər də tətbiq edilib və heyvan və quş ətinin satışı ƏDV-dən azad edilib.

Tədbirdə, vergi qanunvericiliyində son illər ərzində edilən və gələcəkdə edilməsi planlaşdırılan dəyişikliklər barədə təqdimatların verilməsi, dövlət qurumları və biznes assosiyaları ilə əməkdaşlığın nəticələrinin müzakirəsi gözlənilirdi.

Tədbirdə Dövlət Vergi Xidmətinin rəis müavinləri Samirə Musayeva və İlkin Vəliyev, Prezident Administrasiyasının sektor müdiri Vüsal Şıxəliyev, Vergi siyasəti baş idarəsinin rəisi Nicat İmanov, Vergi siyasəti baş idarəsinin rəis müavini Əvəz Quliyev və digər rəsmi şəxslər, eləcə də ekspertlər iştirak ediblər.

Seçilən
1
2
fins.az

10Mənbələr