"Möhtəşəm həyat yoldaşım var. Amma tam xoşbəxt deyiləm. Tam xoşbəxtlik üçün üçüncü şəxsin olması lazımdır: övlad".
Bu sözləri reper Elşad Xose "NN Podcast" yutub layihəsində deyib. Sənətçi ilk dəfə şəxsi həyatından danışıb. O, sosial şəbəkədə paylaşdığı uşağın onun övladı olmadığını deyib:
"Fotolarını paylaşdığım uşaq isə övladım yox, qohumumdur. Hətta həyat yoldaşımın övladı yoxdur. Bu, onun ilk nikahıdır. Möhtəşəmdir anlayanda ki, sən düzgün seçim etmisən"./Axşam.az