AZ

Riskli vergi ödəyicilərinin siyahısına daxil edilmə və çıxarılma ilə bağlı qaydalar yenilənib

Bakı. Trend:

Nazirlər Kabineti “Riskli vergi ödəyicisinin, o cümlədən riskliəməliyyatların Meyarları”nın təsdiq edilməsi haqqında” 2020-ci il28 iyul tarixli Qərarında dəyişiklik edilməsi barədə” Qərar qəbuledib. Yeni redaksiyada təsdiq edilmiş “Vergi ödəyicisinin riskmeyarları və vergi ödəyicisinin riskli vergi ödəyicilərininsiyahısına daxil edilməsi, həmin siyahıdan çıxarılması Qaydası vəşərtləri”nin təsdiq edilməsi haqqında” Qərar Vergi Məcəlləsinin13.2.82-ci maddəsinə uyğun hazırlanıb və vergi ödəyicisinin riskmeyarlarını, riskli vergi ödəyicilərinin siyahısına daxil edilməsi,həmin siyahıdan çıxarılması qaydasını və şərtlərini müəyyənedir.

Trendİqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadənxəbər verir ki, yeni qaydalara əsasən, vergi ödəyicisinin risklihesab olunması ilə bağlı meyarların sayı azaldılıb, həmçinin vergiödəyicisinin riskli vergi ödəyicilərinin siyahısından çıxarılmasımeyarları və qaydaları da müəyyənləşdirilib.

Beləliklə, vergi ödəyicisi bundan sonra yalnız aşağıdakı 3 haldariskli hesab olunacaq:

Təqdim edilməsi müvafiq iqtisadi resurs tələb edən (təsərrüfatobyekti, işçi qüvvəsi, əsas vəsaitlər, xammal-material ehtiyatlarıvə fəaliyyət növünün xüsusiyyətləri nəzərə alınmaqla digər iqtisadiresurslar) iş və xidmətləri bu növ resurslar mövcud olmadan və yamövcud resursları yetərli olmadan, yaxud subpodratçı cəlb etmədəntəqdim edən şəxslər;
Qanunvericiliyin tələblərinə uyğun tərtib edilmiş elektronqaimə-faktura, malların alış aktı və yük gömrük bəyannamələri(idxal mallarına münasibətdə) əsasında əldə olunmayan malları(əvvəllər keçirilmiş operativ vergi nəzarəti və ya səyyar vergiyoxlaması zamanı sənədsiz mal kimi rəsmiləşdirilən mallar, notarialqaydada təsdiq edilmiş müqavilələr əsasında əldə edilmiş və rəsmireyestrdə qeydiyyata alınmış əmlaklar, istehsal zamanı əldə edilən(söküntüdən, hasilatdan) mallar və əsas vəsaitlər, o cümlədənnizamnamə kapitalına qoyulmuş əsas vəsaitlər istisna olmaqla)təqdim edən şəxslər;
Əmtəəsiz əməliyyatlar (Vergi Məcəlləsinin 13.2.81-ci maddəsi)aparan şəxslər.

Qaydalara əsasən, riskli vergi ödəyiciləri aşağıdakı hallardariskli ödəyicilər siyahısından çıxarılacaq:

Vergi ödəyicisinin təqdim etdiyi əlavə izahat, əməliyyatınhəqiqiliyini təsdiqləyən məlumat və sənədlər, xronometrajmüşahidələrin nəticələri barədə məlumatlar əsasında, habelə verginəzarəti ilə rəsmiləşdirilmiş əməliyyatlar, əməliyyatlarınhəqiqiliyini təsdiq edən dövlət orqanlarının müvafiq sənədləri vəya məlumatları ilə əməliyyatların riskli sayılmasına əsas yaradanhalın olmadığı aşkar edildikdə (Vergi ödəyiciləri müvafiqtəsdiqedici sənədləri təqdim etdiyi halda, riskli vergiödəyicilərin siyahısından çıxarılacaq);
Aparılmış əmtəəsiz əməliyyata münasibətdə riskli vergi ödəyicisitərəfindən Vergi Məcəlləsinin 58.15-1-ci maddəsində nəzərdətutulmuş maliyyə sanksiyası tam həcmdə ödənildikdə (Vergiödəyiciləri əmtəəsiz əməliyyatlar apardığı hallarda riskli vergiödəyicisi hesab olunur və müvafiq maliyyə sanksiyalarına məruzqalırlar. Yeni dəyişikliyə görə, maliyyə sanksiyası ödənildikdəvergi ödəyicisi riskli vergi ödəyicisi siyahısındançıxarılacaq).

Vergi ödəyicisi qeyd olunan şərtlərə əməl etdikdə, müvafiq ərizəilə vergi orqanına müraciət edir. Ərizə daxil olduğu tarixdənetibarən 20 iş günü ərzində vergi orqanı tərəfindən baxılaraq vergiödəyicisinin riskli vergi ödəyicilərinin siyahısından çıxarılmasıvə ya bundan imtina olunması barədə qərar qəbul edilir. Qərar 1 işgünü müddətində vergi ödəyicisinin elektron kabinetinəgöndərilir.

Maliyyə sanksiyası ödənildikdə ərizənin daxil olduğu tarixdən 3iş günü ərzində vergi ödəyicisinin aparılmış əməliyyat üzrə risklivergi ödəyicilərinin siyahısından çıxarılması barədə qərar qəbuledilir. Qərar 1 iş günü müddətində vergi ödəyicisinin elektronkabinetinə göndərilir.

Göstərilən tələblərə tam və ya qismən əməl edilməməsi aparılmışəməliyyat üzrə vergi ödəyicisinin riskli vergi ödəyicilərininsiyahısından çıxarılması ilə bağlı müraciətinə imtina edilməsi üçünəsasdır.

Seçilən
6
4
az.trend.az

10Mənbələr