AZ

Ürək xəstəliyiniz varsa, bu qidaları yeyərkən iki dəfə düşünün -  Həkim açıqladı

Ürək Ürək xəstəliyiniz varsa, bu qidaları yeyərkən iki dəfə düşünün -

Rusiya Mərkəzi Federal Dairəsinin baş kardioloqu Sergey Provatorov deyib ki, ürək və damar xəstəlikləri olan insanlar müəyyən qidaları öz rasionlarından çıxarmalıdırlar.

E-saglam.az xəbər verir ki, onun məsləhətini “İzvestiya” nəşr edib.

Həkimin sözlərinə görə, ürək-damar xəstəlikləri zamanı pəhrizin əsas məqsədi qanda “pis” xolesterinin səviyyəsini azaltmaqdır. Bunun üçün o, ilk növbədə, daha az duz istehlak etməyi tövsiyə etdi, çünki bu, bədəndə mayenin tutulmasına və nəticədə qan təzyiqinin artmasına səbəb olur.

Provatorovun ikinci tövsiyəsi pəhrizdə heyvan yağının miqdarını azaltmaqdır:

"Yağlı ət və quş əti, ət konservləri, kolbasa, hisə verilmiş ət, bütün növ sakatat və piy qan damarlarının divarlarında yığılan və o cümlədən ürəyi qidalandıran damarlarda qan dövranını pozan zərərli xolesterinlə zəngindir".

Həkim həmçinin əsəb və ürək-damar sistemini stimullaşdırdığı üçün spirt, toniklər (qazlı alkoqolsuz içki) və tərkibində kofein olan içkiləri az içməyə çağırıb.

Həkim eyni zamanda kürü istehlakını məhdudlaşdırmağı və ətdən çox balıq seçməyi tövsiyə edib.

Tərcümə: Könül Oruc

E-saglam.az

Seçilən
25
e-saglam.az

1Mənbələr