"Mançester Siti"nin yarımmüdafiəçisi Kevin De Bröyne növbəti mövsümdə klubda qalacağından əmin deyil.
Fanat.Az xəbər verir ki, ESPN müqaviləsinin müddəti 2025-ci ilin yayında başa çatacaq belçikalının dediklərini belə təqdim edib:
"Düzünü desəm, bilmirəm. Mövsümün əvvəlində danışıqlara başlayacağımızı bilirdim, lakin sonra "Brentford"la oyunda zədələndim. Bərpa bir neçə gün çəkməli idi, lakin səkkiz-doqquz həftə davam etdi. Belədə klubla danışıqları təxirə saldım. Bu haqda danışmağa əhvalım yox idi. Meydana qayıtmalı və yenidən özüm olmalıyam. Heç bir tələskənlik yoxdur, narahat deyiləm.
Bəlkə Pep deyəcək: "Sağ ol, Kevin, amma getmək vaxtıdır". Danışıq masasına əyləşməsək, bu mənim sonuncu ilim olacaq. Sadəcə, indi yaxşı futbol oynamaq istəyirəm".
Yarımmüdafiəçi bu mövsüm “Mançester Siti”nin 6 Premyer Liqa oyununda iştirak edib. Onun bir qolu və bir məhsuldar ötürməsi var.
Ulduz futbolçunun bazar dəyəri 45 milyon avrodur.
Mirağa