AZ

Türkiyədən Özbəkistana sement ixracı azalıb

2024-cü ilin yanvar-oktyabr aylarında Türkiyədən Özbəkistana sement məhsullarının ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 20,5 faiz azalaraq 11,4 milyon dollar təşkil edib.

Fins.az xəbər verir ki, bu barədə Türkiyə Ticarət Nazirliyindən bildiriblər.

Oktyabr ayında isə Türkiyə Özbəkistana 765 min dollar məbləğində sement ixrac edib ki, bu da keçən ilin oktyabr ayı ilə müqayisədə 68,9 faiz azalma göstərir.

Ümumilikdə, Türkiyənin dünya bazarlarına sement ixracı 2024-cü ilin yanvar-oktyabr aylarında 7 faiz azalaraq 3,6 milyard dollar olub. Lakin oktyabr ayında Türkiyə 365 milyon dollar məbləğində sement ixrac edərək, keçən ilin eyni dövrü ilə müqayisədə 0,5 faiz artım nümayiş etdirib.

Son 12 ay ərzində (oktyabr 2023 – oktyabr 2024) Türkiyə 4,3 milyard dollar məbləğində sement ixrac edib.

Fuad Mədətov
Fins.az

Seçilən
25
49
fins.az

10Mənbələr