AZ

İki il əvvəl yoxa çıxan uşaqlar tapıldı

Amerika polisi təxminən iki il əvvəl müəmmalı şəraitdə evdən yoxa çıxan Utahdan üç uşağı tapıb.
 

Sfera.az xəbər verir ki, müstəntiqlər bu il avqustun sonunda aldıqları məlumat sayəsində onların izinə düşə biliblər.
Açıqlamada polis rəsmiləri araşdırma zamanı göstərilən dəstəyə görə iştirak edən hər kəsə təşəkkür edib.
 

Əvvəlcə hüquq-mühafizə orqanları atanı uşaqların oğurlanmasını və gizlədilməsini təşkil etməkdə şübhəli biliblər. Uşqlar Arizona-Yuta sərhədi yaxınlığında Fredoniyada tapılıb. Məlum olub ki, uşaqlara nənəsi və bibisi baxıb, onları ehtiyatla ictimaiyyətdən gizlədiblər.
 

Qadınlar artıq həbs edilib, lakin polis hələ də atanı axtarır. İlkin məlumata görə, uşaqlar qeyri-qanuni fəaliyyətlə məşğul olan dini fanatiklər icmasında yaşayıblar.
 

Uşaqlar indi analarına qaytarılıb.
 

“Bu gün uşaqlar təhlükəsizdir”, - deyə polis bildirib.


Yeri gəlmişkən, ABŞ Siyahıyaalma Bürosunun məlumatına görə, 1203 sakinin yaşadığı Fredoniya şəhəri Arizonada yerləşən Böyük Kanyonun şimal kənarına açılan qapı adlanır.

 

Aysel

Sfera.az

Seçilən
12
sfera.az

1Mənbələr