“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində 2 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin təşkilatçılığı, Tovuz şəhəri 6 saylı körpələr evi-uşaq bağçasının müəllim və şagirdlərinin iştirakı ilə növbəti ağacəkmə aksiyası keçirilib.
Ekologiya.az bildirir ki, aksiya zamanı Tovuz - Bakı avtomobil yolunun Tovuz rayonu Aşağı Quşçu kəndinin inzibati ərazisindən keçən hissəsində palıd tingləri əkilib, aksiya iştirakçılarına ətraf mühitin mühafizəsi, yaşıllıqların əhəmiyyəti barədə geniş məlumat verilib.