Bakı. Trend:
Britaniyalı müğənni və bəstəkar Elton Con görmə problemlərisəbəbindən yeni mahnılar yaza bilmədiyini bildirib.
Trend xəbər verirki, 77 yaşlı sənətçi bu barədə “Good Morning America” verilişindədanışıb.
Elton Conun sözlərinə görə, hər iki gözündə, xüsusilə də sağgözündə görmə zəifliyi var. O, bu səbəbdən studiyada mahnı yazmağıçətinliklə bacardığını və hətta mahnı sözlərini oxuya bilmədiyinietiraf edib.
Qeyd edək ki, müğənni son illər səhhəti ilə bağlı müxtəlifproblemlərlə üzləşib.