AZ

Azərbaycanın qara metal idxalı artıb, ixracı azalıb

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycan 978 milyon 195 min ABŞ dolları dəyərində 854 min 51 ton qara metallar və onlardan hazırlanan məmulatlar idxal edib.

Bu barədə Fins.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər baxımından 64 milyon 810 min ABŞ dolları (7,09%), miqdar baxımından isə 119 min 927 ton (16,3%) çoxdur.

10 ayda qara metallar və onlardan hazırlanan məmulatların idxalı ölkənin ümumi idxalının 5,88%-ni təşkil edib.

Həmçinin, bu dövrdə Azərbaycan 76 milyon 865 min ABŞ dolları dəyərində 84 min 309 ton qara metallar və onlardan hazırlanan məmulatlar ixrac edib.

Bu isə illik müqayisədə dəyər baxımından 13 milyon 916 min ABŞ dolları (15,3%), miqdar baxımından isə 10 min 600 ton (11,16%) azdır.

10 ayda qara metallar və onlardan hazırlanan məmulatların ixracı ölkənin ümumi ixracının 0.34%-ni təşkil edib.

Fuad Mədətov
Fins.az

Seçilən
19
23
fins.az

10Mənbələr