1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
Azərbaycanda müşahidə edilən faktiki hava şəraiti açıqlanıb.
Bununla bağlı Oxu.Az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Noyabrın 27-si saat 9:00-a olan məlumatına əsasən, ölkə ərazisində yağıntılı hava şəraiti davam edir.
Balakən-Şəki zonasında 11-28 mm, Mərkəzi aran rayonlarında 17-24 mm, Quba-Qusar bölgəsində 9-20 mm, Qazax-Gəncə bölgəsində 6-17 mm, Lənkəran-Astara bölgəsində 6-13 mm, Qarabağ və Şərqi-Zəngəzur bölgəsində 3-10 mm, Naxçıvan MR-də 6-11 mm, Bakıda və Abşeron yarımadasında isə 4 mm-dək yağıntı qeydə alınıb.
Dağlıq ərazilərə qar yağıb, yağan qarın hündürlüyü Şahdağda 13 sm, Qrızda (Quba) 12 sm, Şərurda 8 sm, Ləzədə 4 sm, Şahbuzda 3 sm, Əlibəy (Zaqatala), Gədəbəydə 2 sm olub.
Sarı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi əsib, küləyin sürəti arabir Culfada 25 m/s, Kəlbəcərdə 23 m/s, Tovuzda, Şahdağda 20 m/s, Goranboyda 19 m/s, Lerikdə 18 m/s, Bakıda və Abşeron yarımadasında 20 m/s-dək güclənib.
Daşkəsən, Göygöl, Gəncə, Şəmkir, Balakən, Qax, Şəki, Zaqatala, Oğuz, Qəbələ, Şamaxı, Quba, Qusar, Qrız, Xaltan, Lerik, Naxçıvan, Naftalan, Qobustan, Göyçay, Sumqayıtda duman müşahidə olunub. Dumanda görünüş 200-500 metrədək məhdudlaşıb.
Neft Daşları stansiyasının məlumatına əsasən, dənizdə dalğanın hündürlüyü 2.4 metrə çatıb.
Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 10, Naxçıvan MR-də 4, Aran rayonlarında 11 dərəcəyədək isti, dağlıq rayonlarda isə 2 dərəcəyədək şaxta qeydə alınıb.